“Leypsiq”dən Qvardiolla bağlı qərar
29.03.2023 - 14:00
“Leypsiq”dən Qvardiolla bağlı qərar

“Leypsiq”in futbolçusu Yoşko Qvardiolla bağlı qərarı bəlli olub.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı müdafiəçi bu yay satılmayacaq.

Almaniya klubu xorvatiyalı istedadı daha bir mövsüm heyətində saxlamağa üstünlük verib. “Real”, “Mançester Siti” və “Liverpul” kimi nəhənglərin hədəfində olan Yoşko 2024-cü ilin yayından tez satılmayacaq. 

Arxa xətt oyunçusunun 2021-ci ildən çıxış etdiyi Bundesliqa klubu ilə müqaviləsi 2027-ci ildə başa çatacaq. Hazırda onun qiyməti 75 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Qvardiol mövsümün 32 matçında 3 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0