"İnter" İnzaqi ilə razılaşdı
05.09.2023 - 15:00
"İnter" İnzaqi ilə razılaşdı

"İnter" baş məşqçisi Simone İnzaqi ilə müqavilənin müddətini artırıb.

Apasport.az saytı xəbər verir ki, 47 yaşlı italiyalı mütəxəssis 2025-ci ilin yayına kimi komandanın “sükanı arxası”nda olacaq. 

2021-ci ilin iyunundan “neradzurri”yə rəhbərlik edən İnzaqinin müqaviləsi gələn ilin yayında bitirdi.

Qeyd edək ki, Milan klubu A seriyasında ilk 3 turdan 9 xal toplayıb. 

writer photo
Əlirza Əlirzalı
0