"Beşiktaş" ingilislərə "yox" dedi
14.01.2024 - 16:42
"Beşiktaş" ingilislərə "yox" dedi

“Beşiktaş”ın futbolçusu Semih Kılıcsoy ingilislərin diqqətini özünə cəlb edə bilib.

Apasport.az xəbər verir ki, “Vulverhempton” 18 yaşlı hücumçunun transfer etmək istəyib.

Ancaq “qara qartal” Premyer Liqa klubunun bu təklifini geri çevirib. Türklər gənc forvardı satmaq haqda düşünmədiklərini, Semihin ən azı mövsümün sonuna kimi “Beşiktaş”da qalacağını bildiriblər.

Qeyd edək ki, “Beşiktaş”ın öz yetirməsi olan istedadlı hücumçu bu mövsümdən İstanbul klubunun əsas komandasına qoşulub. O, iştirak etdiyi 15 matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0