"Arsenal"ın qapıçısını derbidən sonra təpiklə vurdular - VİDEO
15.01.2023 - 23:07
"Arsenal"ın qapıçısını derbidən sonra təpiklə vurdular - VİDEO

Ingiltərə Premyer Liqasının "Totenhem" – "Arsenal" oyunundan (0:2) sonra insident yaşanıb.

Apasport.az xəbər verir ki, "Arsenal"ın qapıçısı Aaron Ramsdeyllə meydan sahibinin braziliyalı hücumçusu Rişarlison arasındakı mübahisəyə "Totenhem" fanatlarından biri də qoşulub.

Belə ki, əzəli rəqibə məğlubiyyətlə barışmayan həmin fanat mühafizəçilərin diqqətindən yayınaraq aşağı tribunaya kimi düşüb və Ramsdeylə zərbə vurub. Bundan sonra vəziyyət gərginləşib. Ramsdeyl və Qranit Cakanı baş məşqçi Mikel Arteta oradan uzaqlaşdırıb. Gözlənilir ki, həmin azarkeşin mövsümlük bileti cəza olaraq əlindən alınsın.

Qeyd edək ki, "Arsenal" sonuncu dəfə "Totenhem"i ev və səfərdə elə Mikel Artetanın oynadığı 2013/2014 mövsümündə məğlub edə bilmişdi. Arteta məşqçi kimi də bu uğuru təkrarlayıb.

writer photo
Əlirza Əlirzalı
0