“Arsenal”ın stadionunda futbolçular üçün “namaz otağı” açılıb
14.03.2024 - 10:37
"Arsenal" "Emirates" Stadionunda müxtəlif dinlərə mənsub futbolçuların istifadə edə biləcəyi ibadət otağı açıb.
Apasport.az xəbər verir ki, ibadət otağının açılışını “Arsenal”ın futbolçusu Muhammed Elneny edib.
Misirli futbolçu bu barədə sosial media hesabında paylaşım edib. O, buna görə klub rəhbərliyinə təşəkkür edib: "Düşünmək və dua etmək üçün bu cür otağın olması gələcək "Arsenal" oyunçularının həyatını dəyişəcək. Bunun baş verməsində əməyi olan hər kəsə və heyətə həqiqətən minnətdaram".
0
0