Dani Alveş Braziliya klublarının gündəmində
02.07.2022 - 15:48
Dani Alveş Braziliya klublarının gündəmində

“Barselona”nın sabiq futbolçusu Daniel Alveş Braziliyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, “Atletiko Paranaense”nin prezidenti 39 yaşlı müdafiəçi ilə şəxsən danışıqlara başlayıb.

O, DÇ-2022-də Braziliya yığmasının heyətində yer almaq üçün oyun praktikasını itirmək istəməyən sağ cinah oyunçusuna müntəzəm iştirak təminatı verir. Ancaq 2019-2021-ci illərdə formasını geyindiyi “San Paulo”nun hələ də ona 3 milyon 750 min dollar borcu olduğu və hər ay müəyyən məbləğ ödədiyi üçün Alveş yeni klubundan da maliyyə zəmanəti tələb edir.

Ulduz futbolçu ilə “Fluminense” də maraqlanır. Ancaq onlar müdafiəçiyə yüksək məbləğdə maaş vermək iqtidarında deyil.

writer photo
Əlirza Əlirzalı
0