Zinəddin Zidana sürpriz təklif
27.01.2024 - 10:58
Zinəddin Zidana sürpriz təklif

Camel Belmadi ilə yollarını ayıran Əlcəzair Milli Komandasının yeni baş məşqçi namizədi bəlli olub.

Apasport.az "L'Equipe" nəşrinə istinadla xəbər verir ki, Əlcəzair Futbol Federasiyası Zinəddin Zidana təklif edib. Mənbənin məlumatına görə, Zidan təklifi rədd edib.

Fransalı mütəxəssis əvvəllər Braziliya və ABŞ-dan gələn təklifləri də rədd etmişdi.

Xatırladaq ki, 51 yaşlı çalışdırıcı "Real"dan ayrıldıqdan sonra çoxlu təkliflər alsa da, heç bir komandanı çalışdırmayıb. O, “Real”la 3-ü Çempionlar Liqası olmaqla, 11 kubok qazanıb. 

writer photo
Əlirza Əlirzalı
0