Rusiya kubokunun yarımfinal mərhələsi gözlənilməz nəticə ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, yarımfinalda “Spartak”la qarşılaşan “Ural” adlı-sanlı rəqibini mübarizədən kənarlaşdırıb.
Dünən keçirilən cavab görüşünün nəticəsinə isə təkcə qalib komanda və azarkeşləri deyil, proqnozsevərlərdən biri də sevinib. Risk edən better “Ural”ın mərhələ adlayacağına 200 min rubl (4 min 280 manat) qoyub.
Bu variantın əmsalı 2,18-ə bərabər olub. Səfərdən 1:1 hesablı bərabərliklə dönən komanda evdə istəyinə çatıb. 2:1 hesablı qələbə “Ural”a finala vəsiqə, bukmeker kontorunun müştərisinə 436 min rubl (9 min 330,4 manat) uduş gətirib.