Qətərin ev sahibliyi etdiyi Asiya Kubokunda qrup oyunları başa çatdıqdan sonra son 16 turun cütləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı və Tailand son 16-ya yüksəlib.
Tarixində ilk dəfə son 16 komanda arasında yer alan Fələstin 1/4 finala yüksəlmək üçün ev sahibi Qətərlə qarşılaşacaq.
Son 16 turun oyunları 28-31 yanvar tarixlərində keçiriləcək.
Qarşılaşmalar belədir:
28 yanvar: Tacikistan-Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya-İndoneziya;
29 Yanvar: İraq-İordaniya, Fələstin-Qətər;
30 Yanvar: Səudiyyə Ərəbistanı-Cənubi Koreya, Özbəkistan-Tailand:
31 Yanvar: İran-Suriya, Bəhreyn- Yaponiya.