Aspilikueta “500”ə çatdı
29.09.2023 - 10:57
Aspilikueta “500”ə çatdı

Sesar Aspilikueta milli çempionatlarda 500-cü oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, “Atletiko”nun müdafiəçisinin yubileyi “Osasuna” ilə matça təsadüf edib.

La Liqa matçına sonradan çıxan 34 yaşlı ispaniyalı üç çempionatda forma geyinib. O, “Çelsi”də 349, “Osasuna”da 99, “Marsel”də 47, “Atletiko”da 5 oyunda iştirak edib.

Qeyd edək ki, “Atletiko” “Osasuna”ya 2:0 hesabı ilə qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0