"Aston Villa"nın gözü "Yuventus"un hücumçusunda
14.12.2023 - 22:19
"Aston Villa"nın gözü "Yuventus"un hücumçusunda

Moise Kin İngiltərəyə köçə bilər.

Apasport.az xəbər verir ki, “Yuventus”un 23 yaşlı hücumçusu “Aston Villa”nın diqqət mərkəzinə düşüb. 

Birmingem təmsilçisi İtaliya millisinin də şərəfini qoruyan gənc forvardı mövsümün sonunda heyətinə qata bilər. “Qoca sinyora” 40 milyon avroluq təklifə müsbət cavab verməyə hazırdır.

Qeyd edək ki, bu mövsüm 12 matçda iştirak edən Kin hələ ki qol hesabını aça bilməyib.

writer photo
Əlirza Əlirzalı
0