“Atalanta” hücumçusuna qiymət qoydu
01.08.2022 - 00:01
“Atalanta” hücumçusuna qiymət qoydu

“Atalanta” hazırkı transfer pəncərəsində hücumçusu Luis Muriellə yollarını ayıra bilər.

Apasport.az saytının məlumatına görə, Berqamo təmsilçisi futbolçusunu 15 milyon avroya satmağa hazırdır.

31 yaşlı kolumbiyalı uğrunda mübarizədə əsas namizəd “Yuventus” sayılır. Əvvəllər “Sampdoriya”, “Udineze”, “Sevilya” və “Fiorentina”da oynamış Murielin yenidən İtaliyada qalması gözlənilir.

Qeyd edək ki, Luis Muriel ötən mövsüm 39 matçda 14 qol vurub, 10 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0