"Atalanta" "Milan"ın oyunçusunu alacaq
14.06.2024 - 19:47
Yarımmüdafiəçi Şarl de Ketelare “Milan”dan daimi olaraq “Atalanta”ya keçəcək.
Apasport.az xəbər verir ki, məşhur insayder Fabrizio Romano bu barədə məlumat yayıb.
Onun sözlərinə görə, "Atalanta" nəhayət ki, 23 yaşlı futbolçunu əvvəlcədən razılaşdırılmış şərtlərlə almaq qərarına gəlib.
"Milan" bu transferdən təxminən 22-23 milyon avro, həmçinin 2 milyon bonus qazanacaq. Bundan əlavə, Milan nəhəngləri hücumameyilli yarımmüdafiəçinin gələcək satışından 10% alacaq.
Şarl de Ketelare ötən mövsüm “Atalanta”nın heyətində 50 matçda 14 qol vurub, 11 məhsuldar ötürmə edib.
0
0