“Atletiko” müdafiəçisinə 60 milyon avro qiymət qoydu
02.07.2022 - 23:38
“Atletiko” yay transferlərinə büdcə ayırmaq üçün əsas komandanın bir neçə oyunçusunu satmağı düşünür.
Apasport.az saytının məlumatına görə, madridliləri tərk etməsi gündəmdə olan oyunçulardan biri də mərkəz müdafiəçisi Xose Mariya Ximenesdir.
La Liqa təmsilçisi Uruqvay millisinin üzvünə 60 milyon avro qiymət qoyub. Ximenes “Atletiko”da aparıcı oyunçu sayılır. Lakin təklif hər iki tərəflər üçün sərfəli olsa, Ximenesin başqa kluba keçidi müzakirə olunacaq.
Qeyd edək ki, Xose Ximenes 2013-cü ildən “Atletiko”nun formasını geyinir.
0
0