"Atletiko"da Çağların yerinə braziliyalı müdafiəçi
31.01.2024 - 13:34
"Atletiko"da Çağların yerinə braziliyalı müdafiəçi

"Atletiko"nun yeni transfer hədəfi bəlli olub.

Apasport.az xəbər verir ki, "Valensiya"nın 33 yaşlı müdafiəçisi Qabriel Paulista "Atletiko"ya keçməyə yaxındır.

Xose Ximenezin zədələnməsi, Çağlar Söyüncünün "Fənərbaxça"ya transfer olunması səbəbilə müdafiə xəttində problem yaşayan klubun çalışdırıcısı Dieqo Simyone braziliyalı oyunçunun transferini yaxın günlərdə bitirmək istəyir.

Futbolçunun "Valensiya" ilə müqaviləsini ləğv edəcəyi və bu mövsümün sonuna kimi "Madrid" klubunda çıxış edəcəyi bildirilir. 

Qeyd edək ki, Paulista daha əvvəl İngiltərənin "Arsenal" və İspaniyanın "Vilyareal" klubunda çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0