"Atletiko"da yeni qapıçı
24.01.2024 - 17:08
"Atletiko"da yeni qapıçı

"Atletiko" yeni qolkiper transfer edib.

Apasport.az xəbər verir ki, Dieqo Simyonenin başçılıq etdiyi klub, qapıçı Horvatiu Moldovanı transfer edib.

Futbolçu "Atletiko"ya Rumıniyanın "Rapid" klubundan keçib. Komanda 26 yaşlı oyunçu ilə 3,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Moldovan 2020-2021-ci il mövsümündən bəri "Rapid" klubunda çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0