“Atletiko”dan “Çelsi”yə
09.01.2023 - 20:48
“Atletiko”dan “Çelsi”yə

İngiltərənin “Çelsi” klubu daha bir futbolçu ilə güclənib. 

Apasport.az xəbər verir ki, London təmsilçisi Madrid "Atletiko"sundan Joao Feliksi 11 milyon avroya icarəyə götürməyə razılaşıb.

Daha əvvəl 23 yaşlı futbolçu ilə "Mançester Yunayted" və "Arsenal"ın maraqlandığı bildirilirdi.

Qeyd edək ki, Madrid klubu ilə 2026-cı ilin yayına kimi müqaviləsi olan Feliks bu müvsüm "Atletiko"nun heyətində 19 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0