100 milyonluq tələb
01.11.2022 - 22:06
“Mançester Yunayted” və “Liverpul”un transfer etmək istədiyi Moyzes Kaysedonun qiyməti bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Brayton” yarımmüdafiəçisi üçün 100 milyon avro tələb edir.
Klub rəhbərliyi oyunçunu qışda yalnız bu qiymətə satmağa razıdır. 20 yaşlı ekvadorlu ötən il transfer olunub. Onun “Brayton”la anlaşması 2025-ci ildə başa çatacaq.
Qeyd edək ki, Kaysedo cari mövsüm “qağayılar”ın heyətində 12 oyunda 1 qol vurub.
0
0