"Atletiko"nun ən sərrast futbolçusu
11.01.2024 - 10:01
“Atletiko”nun hücumçusu Antuan Qrizmann daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, fransalı futbolçu İspaniya Superkubokunun yarımfinalında "Real"la görüşdə (3:5) fərqlənib.
Beləliklə, 32 yaşlı hücumçu Madrid klubundakı qollarının sayını 174-ə çatdırıb. O, 1974-cü ildən bu yana 173 qol rekordu ilə zivədə yer alan Luis Araqonesi geridə qoyub.
Qeyd edək ki, bu mövsüm “Atletiko” forması ilə 27 matça çıxan Qrizmann 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0