"Atletiko"nun tviti: "Bernabeu"da heç nə dəyişməyib"
26.02.2023 - 01:23
"Atletiko"nun tviti: "Bernabeu"da heç nə dəyişməyib"

"Atletiko" İspaniya çempionatının derbi matçında Anxel Koreanın qırmızı vərəqə almasına öz münasibətini göstərib.

Apasport.az xəbər verir ki, Madrid klubu 2-ci hissədə meydana daxil olan və 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə alan argentinalı yarımmüdafiəçinin qovulmasına belə münasibət göstərib: 

Bizim “aqressor”un ayağı belə görünür. "Bernabeu"da yeni heç nə yoxdur".

Qeyd edək ki, baş hakim Anxel Koreanın "Real"ın müdafiəçisi Antonio Rüdiqerin sinəsinə dirsəklə zərbə endirdiyini iddia edərək qırmızı vərəqə göstərib. Matç isə 1:1 başa çatıb.

 

writer photo
Əlirza Əlirzalı
0