Millimiz Albaniya ilə yoldaşlıq oyunu keçirəcək
04.03.2024 - 10:58
Millimiz Albaniya ilə yoldaşlıq oyunu keçirəcək

Futbol üzrə Azərbaycan millisi Albaniya ilə yoldaşlıq oyunu keçirəcək.

Apasport.az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, iyunun 7-də Avstriyanın Qrats şəhərində təşkil olunacaq qarşılaşma yerli vaxtla saat 20:45-də başlayacaq.

Qeyd edək ki, bu, AVRO-2024-ə hazırlıq çərçivəsində Albaniyanın son sınaq matçı olacaq.

writer photo
Əlirza Əlirzalı
0