Kinqsli Koman Çempionlar Liqasında “Qalatasaray” – “Bavariya” oyununun ən yaxşısı seçilib.
Apasport.az saytı xəbər verir ki, fransalı yarımmüdafiəçi matçdan sonra “Rams Park”dakı atmosferi inanılmaz adlandırıb.
Koman oyunun birinci hissəsində “Qalatasaray”ın böyük təzyiq göstərdiyini qeyd edib. İlk qolun müəllifi fasilədən sonra daha çox boşluqlar yaranmasından istifadə etdiklərini bildirib: “Çox çətin oyun oldu. İkinci hissədə daha çox boşluqlar yarandı və bundan istifadə etdik. Stadiondakı atmosfer inanılmaz idi. Belə mühiti çox sevirəm, əlavə adrenalin verir”.
Qeyd edək ki, İstanbulda 3:1 hesabı ilə qalib gələn “Bavariya” maksimum nəticə ilə qrup liderliyindəki mövqeyini möhkəmlədib.
“Atmosfer inanılmaz idi” - Komandan qiymət
24.10.2023 - 23:37
0
0