Tomas Müller Səudiyyə Ərəbistanına köçmək təklifindən imtina edib.
Apasport.az saytı xəbər verir ki, “Bavariya”nın 33 yaşlı yarımmüdafiəçisi ərəblərin 3 illik təklifinə “yox” cavabı verib.
Karyerasını üç il daha davam etdirmək istəməyən Müllər Almaniya təmsilçisinin heyətində xoşbəxt olduğunu bildirib. 2009-cu ildən “Bavariya”nın şərəfini qoruyan Tomasın klubla razılaşması gələn il bitəcək. Daha bir il Münhen təmsilçisində oynadıqdan sonra karyerasını bitirməyi düşünən futbolçu “Bavariya”nın məşqçilər korpusunda yer almaq istəyir.
Qeyd edək ki, son mövsümdə 40 matçda iştirak edən Müller 8 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.