Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
16.05.2024 - 13:57
Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Argentina millisinin sabiq hücumçusu Dieqo Armando Maradonanın “Qızıl top”u hərraca çıxarılacaq.

Apasport.az xəbər verir ki, argentinalı futbolçunun 1986-cı ildə millinin dünya çempionatında qələbəsindən sonra aldığı bu mükafat satışa çıxarılacaq. 

Argentina millisinin heyətində 91 oyun keçirən hücumçu 34 qolla yadda qalıb.

Qeyd edək ki, Maradona 2020-ci ilin noyabrında vəfat edib.

writer photo
Əlirza Əlirzalı
0