İtaliya kubokunun 1/8 final mərhələsi sensasiya ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, A seriyasının autsayderi “Kremoneze” çempionatın lideri “Napoli”ni mübarizədən kənarlaşdırıb.
2:2 hesabı ilə başa çatan qarşılaşmanın taleyini penaltilər seriyası həll edib. 5:4 hesablı qələbə autsayderə tarixində 3-cü uğuru gətirib.
“Kremoneze” yalnız 3-cü dəfə 1/4 finala adlayıb. Sonuncu belə uğur 1996/97 mövsümündə qeydə alınıb.
“Pələnglər”in rekordu isə 1986/97 mövsümündə gerçəkləşib. Həmin vaxt komanda yarımfinala qədər irəliləyib.
Qeyd edək ki, çempionatın 18 turunda “Napoli” 47, “Kremoneze” cəmi 7 xal toplayıb.