Suares təklifi rədd etdi
17.11.2022 - 18:23
Suares təklifi rədd etdi

Uruqvay millisinin futbolçusu Luis Suares “Qremio”dan təklif alıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Braziliya klubunun təklifindən imtina edərək keçmək istəməyib.

Buna onun gələcək karyerası ilə bağlı planları səbəb olub. “Nasyonal”la müqaviləsi başa çatan Suares azad agent statusuna malikdir. O, bu vəziyyətdə başqa kluba keçməyi planlaşdırır.

Qeyd edək ki, Luisin heyətində olduğu Uruqvay millisi DÇ-2022-də Qana, Cənubi Koreya və Portuqaliya ilə eyni qrupda mübarizə aparacaq.
 

writer photo
Əlirza Əlirzalı
0