Dani Alveşi 10 ilə qədər həbs gözləyir
14.11.2023 - 20:52
Dani Alveşi 10 ilə qədər həbs gözləyir

Barselonanın sabiq futbolçusu Dani Alveşin işi üzrə Barselona şəhərinin məhkəməsi istintaqı yekunlaşdırıb.

Apasport.az xəbər verir ki, məhkəmə istintaqın dayandırılması barədə qərar qəbul edib.

Belə ki, növbəti məhkəmədə braziliyalı ulduz barədə hökm oxunacaq. Alveşə müdafiə olunmaq üçün 5 gün vaxt verilib. Bu müddət həmçinin məhkəmə tərəfindən çıxış üçün ittihamçı tərəfə də verilib.

Qeyd edək ki, yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılan Dani Alveşi 10 ilə qədər həbs gözləyir.

writer photo
Əlirza Əlirzalı
0