AVRO-2024-ün topu təqdim olundu
15.11.2023 - 15:49
AVRO-2024-ün topu təqdim olundu

UEFA AVRO-2024-ün final mərhələsinin topunu təqdim edib.

Apasport.az xəbər verir ki, Almaniyadakı turnirin rəsmi topu “Fussballliebe” adlanır.

Bu ad futbola sevgi mənasını verir. “Adidas”ın hazırladığı top Berlindəki Olimpiya stadionunun önündə təqdim edilib.

Topun hazırlanmasında VAR texnologiyaları da nəzərə alınıb. Bura yerləşdirilən “Connected Ball” VAR-a yardım edəcək. Dizaynda parlaq zolaqlara malik qara qanadlar üstünlük təşkil edir.

Qeyd edək ki, AVRO-2024 gələn ilin iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0