2022/23 mövsümündə avrokuboklarda iştirak etməyəcək ən dəyərli klubların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, araşdırma nəticəsində ilk “10-luq” müəyyənləşdirilib.
Siyahıya İngiltərə Premyer Liqasında 8-ci yeri tutan “Lester” başçılıq edir. “Tülkülər”in ümumi dəyəri isə 500 milyon avrodan yüksəkdir. Ümumilikdə siyahıya düşən 10 klubdan 7-si Premyer Liqa təmsilçisidir.
1. “Lester” – 511,05 milyon avro
2. “Aston Villa” – 446,4 milyon
3. “Everton” – 392,55 milyon
4. “Vulverhempton” – 351,1 milyon
5. “Atalanta” – 345,9 milyon
6. “Lion” – 331,15 milyon
7. “Nyukasl” – 296,7 milyon
8. “Valensiya” – 294,5 milyon
9. “Brayton” – 293,9 milyon
10. “Lids” – 293,1 milyon