Avropa çempionu millidəki karyerasını başa vurub
29.08.2024 - 16:31
Avropa çempionu millidəki karyerasını başa vurub

Müdafiəçi Xesus Navas İspaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu beynəlxalq səviyyədə çıxışını dayandırmaq qərarına gəlib.

Navas İspaniya millisinin heyətində 56 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib. O, bu yay İspaniya millisinin heyətində Avropa çempionatında çıxış edib. Finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edən ispanlar turnirin qalibi olublar.

Xesus Navas hazırda “Sevilya”da çıxış edir. Futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin sonuna qədərdir.

writer photo
Əlirza Əlirzalı
0