Görünməmiş SERİYA
02.02.2023 - 09:39
Görünməmiş SERİYA

Fransa Liqa1-də yeni antirekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, “Anje”  ölkə çempionatları tarixində ən uzun məğlubiyyət seriyasına imza atıb.

XXI turda “Ayaçço”ya uduzan komanda ardıcıl 13-cü dəfə məğlub olub. Bu, Liqa1 tarixində görünməmiş uğursuz seriyadır.

Qeyd edək ki, “Anje” sonuncu dəfə ötən il sentyabrın 18-də xal qazanıb. Həmin vaxt “Nitsa”nı 1:0 hesabı ilə məğlub edən komanda hazırda 8 xalla turnir cədvəlinin autsayderidir.

writer photo
Əlirza Əlirzalı
0