Avropada klub tapmadı, Braziliyaya yollandı
07.09.2023 - 01:31
Avropada klub tapmadı, Braziliyaya yollandı

Xese Rodriqes Braziliya A seriyasında çıxış edən “Koritiba”da oynayacaq.

Apasport.az saytı xəbər verir ki, bu barədə klubdan rəsmi məlumat verilib.

“Real”ın heyətində Çempionlar Liqasının ikiqat qalibi Xese 2016-cı ildə PSJ-yə keçib. Bundan sonra ispaniyalı futbolçunun karyerasında eniş başlayıb. Paris klubunda möhkəmlənə bilməyən Xese “Las-Palmas”, “Stok Siti”, “Betis” və “Sportinq”ə icarəyı verilib. 2022/23 mövsümünün birinci hissəsini “Ankaragücü”, ikinci hissəsini isə “Sampdoriya”da oynayan 30 yaşlı hücumçu Avropada özünə klub tapa bilməyib.
Qeyd edək ki, Xese “Koritiba” ilə 2023-cü ilin sonunadək müqavilə imzalayıb. 
 

writer photo
Əlirza Əlirzalı
0