“Atalanta”dan 28 milyonluq transfer
25.07.2023 - 14:47
“Atalanta”dan 28 milyonluq transfer

“Atalanta” heyətinə yeni futbolçu qatır.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu El-Bilal Tureni transfer edir.

Mali millisinin hücumçusu hazırda “Almeriya”ya məxsusdur. Berqamo təmsilçisi onun 28 milyon avroya transferini razılaşdırıb. İspaniyalılar bonus kimi daha 3 milyon qazana da bilər.

Qeyd edək ki, Ture La Liqanın ötən mövsümündə keçirdiyi 21 matçda 7 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0