“Ayaks” 42 milyondan imtina etdi
22.08.2023 - 23:36
“Ayaks” 42 milyondan imtina etdi

“Ayaks” Məhəmməd Kudusla bağlı növbəti təklifə “yox” deyib.

Apasport.az saytı xəbər verir ki, “Vest Hem” qanalı futbolçunu transfer etmək istəyir.

Konfrans Liqasının qalibi Amsterdam klubuna 42 milyon avro ödəməyə hazır olub. Amma “Ayaks”ı rəhbərliyi bu rəqəmlə razılaşmayıb. Onların daha yüksək rəqəm tələb etməsi “Vest Hem”i geri addım atmağa məcbur edib. 

Qeyd edək ki, Hollandiya çempionatının ən yaxşı futbolçularından biri hesab olunan Kudusla qitənin bir çox klubları maraqlanır. 
 

writer photo
Əlirza Əlirzalı
0