“Neftçi”nin oyununun vaxtı dəqiqləşdi
15.11.2023 - 10:16
“Neftçi”nin oyununun vaxtı dəqiqləşdi

Kişi voleybolçular arasında Azərbaycan çempionatının başlama vaxtı açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Voleybol Federasiyası yayıb.

Voleybol üzrə kişilər arasında 2023-2024-cü illər mövsümündə Azərbaycan çempionatının ilk oyunu noyabrın 16-da baş tutacaq. Həmin gün  1-ci tur çərçivəsində “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gələcəklər. Qarşılaşma 15:00-da başlayacaq. Ardınca saat 17:30-da isə “AZERRAIL” və MOİK komandaları görüşəcəklər. 

Qeyd edək ki, turun və kişilər arasında ölkə çempionatının ilk qarşılaşması “Neftçi” - “Murov Az Terminal” “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Hər iki görüş GİN-nin Voleybol Mərkəzində keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0