“Bavariya”nın transfer tələbi – 50 milyon
22.10.2023 - 15:08
“Bavariya”nın transfer tələbi – 50 milyon

“Bavariya”nın Alfonso Deyvisi satacağı rəqəm bəlli olub.

Apasport.az-ın məlumatına görə, Münhen klubu onu 50 milyon avrodan aşağı qiymətə satmayacaq.

Bu barədə Almaniyanın məşhur “Bild” nəşri xəbər yayıb. “Real”ın yaxından maraqladığı kanadalı müdafiəçi, böyük ehtimalla, mövsümün sonunda “Bavariya”nı tərk edəcək. Klubla 2025-ci ilin yayında müqaviləsi bitəcək Deyvis yeni razılaşma imzalamayıb. 

Qeyd edək ki, Madrid klubu 31 yaşlı Daniel Karvalyonu  əvəz edəcək futbolçu axtarır. Klub rəhbərliyi Alfonsonu bu mövqedə əsas transfer hədəfi seçib.
 

writer photo
Əlirza Əlirzalı
0