Çempionlar Liqasının pley-off cütləri
16.08.2023 - 02:05
Çempionlar Liqasının pley-off cütləri

Çempionlar Liqasında pley-off mərhələsində mübarizə aparacaq 5 cüt dəqiqləşib. 

Apasport.az-ın məlumatına görə, yalnız Xorvatiya və Yunanıstan çempionları arasında cavab matçı keçiriləcək.

Bu cütün qalibi pley-offda “Antverp”lə (Belçika) qarşılaşacaq. Türkiyə çempionu növbəti mərhələdə “Molde” ilə qarşılacaq. “Qalatasaray” bu dueldə favorit sayılır.

Qeyd edək ki, pley-off matçları avqustun 22-29 avqustda keçiriləcək.

Çempionlar Liqası
Pley-off
Çempionlar yolu

“Rakov” (Polşa) – “Kopenhagen” (Danimarka)
“Makkabi” Hayfa (İsrail) – “Yanq Boys” (İsveçrə)
“Antverp” (Belçika) – “Dinamo” (Xorvatiya) /AEK (Yunanıstan) cütünün qalibi
“Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə)

Liqa yolu
“Reyncers” (Şotlandiya) – PSV (Hollandiya)
“Braqa” (Portuqaliya) – “Panatinaikos” (Yunanıstan)

writer photo
Əlirza Əlirzalı
0