“Ayaks”dan antirekord
05.10.2022 - 09:36
“Ayaks”dan antirekord

Çempionlar Liqasının III turunun “Ayaks” – “Napoli” oyunu gözlənilməz nəticə ilə başa çatıb.

Apasport.az saytının məlumatına görə, Niderland təmsilçisi öz meydanında 1:6 hesabı ilə uduzub.

Bu, Amsterdam təmsilçisinin son 58 ilin antirekordudur. “Ayaks” 1964-cü ilin noyabrından sonra belə böyük hesabla uduzmamışdı.

58 il öncə amsterdamlılar Niderland çempionatında darmadağın yaşayıb. “Feyenoord” “Ayaks”ı 9:4 hesabı ilə üstələyib.

Qeyd edək ki, üç turdan sonra “Napoli”nin 9, “Ayaks”ın 3 xalı var.
 

writer photo
Əlirza Əlirzalı
0