Azar "Real"da qalmaq istəyir
08.03.2023 - 17:53
Azar "Real"da qalmaq istəyir

"Real"ın futbolçusu Eden Azar klubdan ayrılmaq fikrində deyil. 

Apasport.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi müqaviləsi başa çatana qədər, yəni 2024-cü ilin yayına kimi Madrid təmsilçisində qalmaq niyyətindədir.

Fevralda Azar "Real" rəhbərliyi ilə görüşüb və klub prezidenti Florentino Peresə komandada qalmaq istəyi barədə məlumat verib. O, digər klublarla danışıqlar aparmır.

Qeyd edək ki, Eden Azar bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 7 oyun keçirib, 1 qol vurub və 1 qol ötürməsi edib.

writer photo
Əlirza Əlirzalı
0