Azara İngiltərədən təklif
25.08.2023 - 12:06
Azara İngiltərədən təklif

Belçika millisinin futbolçusu Eden Azar karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Real”ın sabiq üzvü “Kristal Pelas”ın hədəfindədir.

Premyer Liqa təmsilçisi ona 1 illik müqavilə təklif edib. 32 yaşlı vinger yeni klubuna azad agent statusu ilə keçə bilər.

Qeyd edək ki, “Real” zədələrdən əziyyət çəkən belçikalı ilə müqaviləyə bu ilin iyununda xitam verib. Azar 2019-23-cü illərdə Madrid klubunda forma geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0