Azərbaycandan ayrıldı, Hindistan klubu ilə anlaşdı
21.08.2024 - 14:53
Azərbaycandan ayrıldı, Hindistan klubu ilə anlaşdı

Ötən mövsümü Azərbaycan Premyer Liqasında “Araz-Naxçıvan”da keçirən Mohammed Kadiri özünə yeni komanda tapıb.

Apasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Hindistanda çıxış edəcək.

Qanalı futbolçu “Mohammedan”la anlaşıb. Kadiri Hindistan klubu ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, bu klub hazırda birinci liqada liderdir və yüksək liqaya çıxmağa əsas namizəddir.

writer photo
Əlirza Əlirzalı
0