Bakayoko “Çelsi”dən gedir
31.08.2022 - 22:09
Bakayoko “Çelsi”dən gedir

Temue Bakayoko gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, “Çelsi”nin yarımmüdafiəçisi İngiltərə klubundan getmək niyyətindədir.

O, müqaviləsinə xitam verilməsini istəyir. Bakayoko bununla bağlı danışıqlara da başlayıb.

İngiltərə və İtaliyadan təkliflər alan futbolçu iki konkret variant arasında seçim edir. O, “Nyukasl” və “Montsa”da oynamaq arzusundadır.

Qeyd edək ki, “Çelsi” Bakayokonu “Monako”dan 47 milyon avroya transfer edib.
 

writer photo
Əlirza Əlirzalı
0