Balotelli İtaliyaya qayıdır
21.01.2024 - 12:59
Balotelli İtaliyaya qayıdır

Mario Balotelli vətəninə qayıtmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, "Adana Dəmirspor"un hücumçusu "Salernitana"nın diqqət mərkəzindədir.

İddialara görə “Adana Dəmirspor”la müqaviləsini ləğv etmək istəyən 33 yaşlı forvard İtaliyaya qayıtmaq istəyir.

Futbolçunun agenti İtaliya nillisinin keçmiş üzvünün xidmətini “Salernitanaya” təklif edib. A seriyası təmsilçisi bu çağırışa müsbət yanaşır.

Hazırda zədəsini sağaltmaqla məşğul olan Mario ciddi maliyyə tələbləri olmadan iyuna qədər müqavilə imzalamağa razıdır.

Qeyd edək ki, forvardın son İtaliya klubu 2021-ci ilin iyulunda tərk etdiyi "Monza" olub.

writer photo
Əlirza Əlirzalı
0