"Milan" argentinalı müdafiəçi ilə maraqlanır
16.01.2024 - 11:54
"Milan" müdafiə xəttini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, Fikayo Tomori və Pierre Kalulu zədə səbəbindən sıradan çıxıb. Klubun skautları Argentinada potensial gücləndiricilər müəyyən ediblər.
Söhbət “Boka Xuniors”un 22 yaşlı müdafiəçisi Nikolas Valentinidən gedir.
Qeyd edək ki, “Latsio”, “Salernitana” və “Olimpiakos” da argentinalı ilə maraqlanır.
0
0