Balotelli Türkiyə klubundan getmək istəyir
30.08.2022 - 00:29
Balotelli Türkiyə klubundan getmək istəyir

Mario Balotelli gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, italiyalı hücumçu “Adana Dəmirspor”dan ayrılmaq niyyətindədir.

Forvard yenidən İtaliya A seriyasından oynamağı xəyal edir. Bu üzdən də Mario “Syon”dan təklif alsa da, İsveçrə variantını qəbul etməyə tələsmir.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2021-ci ildən Super Liqa təmsilçisində forma geyinir.
 

writer photo
Əlirza Əlirzalı
0