Barellaya İngiltərədən təklif var
14.06.2023 - 22:41
Barellaya İngiltərədən təklif var


Nikola Barella karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, “Nyukasl” İtaliya yığmasının üzvünü transfer etmək istəyir.

“Sağsağanlar” yarımmüdafiəçi üçün 58 milyon avro ödəməyə hazırdırlar. “İnter”in bu təklifə hansı cavabı verəcəyi maraqla gözlənilir. Komandanın əsas üzvlərindən olan Barella başa çatan mövsümdə 52 oyunda meydana çıxıb. O, bu görüşlərdə 9 qol və eyni sayda ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Barellanın “İnter”lə 2026-cı ilin yayınadək müqaviləsi var.
 

writer photo
Əlirza Əlirzalı
0