"Qalatasaray" Barış Alper Yılmaz üçün yol xəritəsini cızıb.
Apasport.az xəbər verir ki, İstanbul nəhəngi futolçu üçün Saşa Boey formulunu tətbiq edəcək.
Belə ki, klub Barış üçün gələn 30 milyon avrodan aşağı təklifləri dəyərləndirməyəcək. "Sarı-qırmızı"lar bu qərarla bağlı futbolçunun özü ilə də görüş keçirib.
Barış Alper özü də komandasından ayrılmağa tələsmir. Əgər o 30 milyon və daha yüksək dəyərdə təklif alarsa, qış transfer pəncərəsində Türkiyəni tərk edə bilər.
Qeyd edək ki, futbolçu ötən mövsüm "Qalatasaray"ın heyətində 55 oyuna çıxıb. 24 yaşlı futbolçu bu qarşılaşmalarda 7 qol vurub, 12 qolun ötürməsini verib.