“Barselona” 3 xalı 1 qolla QAZANDI
31.03.2024 - 13:46
“Barselona” 3 xalı 1 qolla QAZANDI

“Barselona” İspaniya La Liqası 30-cu turunu qələbə ilə başa vurub.

Apasport.az xəbər verir ki, Kataloniya klubu “Las Palmas”ı 1:0 hesabı ilə məğlub edib.

Braziliyalı Rafinya yeganə topun müəllifi olub. Bu qələbədən sonra xalını 67-yə yüksəldən “Barselona” lider "Real"dan 5 xal geri qalır. 

İspaniya La Liqası
30-cu tur

“Xetafe” – “Sevilya” – 0:1
“Almeriya” – “Osasuna” – 0:3
“Valensiya” – “Malyorka” – 0:0
“Barselona” – “Las Palmas” – 1:0

writer photo
Əlirza Əlirzalı
0