Futbol aləmində daha bir kuryoz hadisə yaşanıb.
Apasport.az saytı xəbər verir ki, Boliviya çempionatının "Palmaflor" - "Bluminq" matçının əsas vaxtına 42 dəqiqə əlavə olunub.
Görüşün baş hakimi Xulio Qutyerres əsas vaxtın sonunda qonaqların qolunu VAR ekranında 10 dəqiqədən çox izləyib. Zərbənin qaydalar çərçivəsində vurulmasına uzun müddət sərf edən ədalət təmsilçisi 114-cü dəqiqədə “Bluminq” hesabı 2:2 etdiyi zaman artıq əsas vaxta 24 dəqiqə əlavə edib.
“Palmaflor”un matçın 128-ci dəqiqəsində önə keçməsindən 4 dəqiqə sonra referi oyunun final fitini səsləndirib. Nəticədə komandalar daha 42 dəqiqə mübarizə aparmalı olublar.
Qeyd edək ki, oyun ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.