Gələn ay DÇ-2022-nin final mərhələsi keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Qətərdəki mundial ərəfəsində yarışın tarixinə düşən ən yaşlı futbolçular açıqlanıb.
İFFHS yaşı ilə dünya çempionatları tarixinə düşən oyunçuları müəyyənləşdirib.
Essam El-Xadari (Misir) – 45 yaş 161 gün
O, DÇ-2018-də meydana çıxan qapıçı DÇ-lərdə oynayan ən yaşlı futbolçu və kapitandır. O, Səudiyyə Ərəbistanı ilə matçda (1:2) penalti də dəf edib.
Roje Milla (Kamerun) – 42 yaş 139 gün
O, DÇ-lərdə meydana çıxan ən yaşlı sahə oyunçusu və ümumi siyahıda üçüncüdür. 1994-cü ildə ən “qoca” futbolçu adını ələ keçirən Milla 20 il bu rekordu qoruduqdan sonra iki qapıçı onu keçib. Milla 9 ən yaşlı arasında qolkiper olmayan yeganə futbolçudur. Onlardan yalnız yeddisi 40 yaşı arxada qoyub.
Dino Dzofff – 40 yaş 133 gün
O, final oyunlarında meydana çıxan ən yaşlı futbolçudur. İtaliya yığmasının üzvü DÇ-1982-də Almaniya üzərində qələbə ilə həm də ən “qoca” çempiondur.
Rafael Qars Qutyerres – ötən əsrdən qalma
Meksika millisinin futbolçusu DÇ-lər tarixində ən köhnə doğum tarixinə malikdir. O, 1896-cı il dekabrın 13-də anadan olub.
Makdonald Teylor – 46 yaş 175 gün
Seçmə mərhələlər də nəzərə alınmaqla ən yaşlı futbolçudur. ABŞ Vircin adalarından olan futbolçu 2004-cü il fevralın 18-də Sent-Kits və Nevislə qarşılaşmada meydana çıxıb.